Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 3 mlrd. ABŞ dolları həcmində investisiya yaradılıb.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, burada 5 700-dək insan daimi işlə təmin edilib.
E. Nuriyev onu da əlavə edib ki, mövcud layihələr üzrə əlavə 312 mln. manat investisiyaların qoyulması və 1 300-dək yeni iş yerlərinin yaradılması nəzərdə tutulub.
Parkın rəhbərinin sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında Sumqayıt Kimya Sənaye Parkında 1,4 mlrd. manatlıq məhsul istehsal olunub ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur..