Bank Of Baku

Sumqayıt Kimya Sənaye Parkına 300 mln. manatdan çox investisiya yatırılacaq

Sumqayıt Kimya Sənaye Parkına 300 mln. manatdan çox investisiya yatırılacaq
# 21 dekabr 2022 11:17 (UTC +04:00)

İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 5,3 mlrd. manat investisiya yatırılıb və 6 000-dən çox insan daimi işlə təmin olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşım edib.

Qeyd olunur ki, Parka əlavə 300 mln. manatdan çox investisiyanın yatırılması və 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

“Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının 11 illiyidir. Sənaye parkları dayanıqlı iqtisadi artıma, qeyrineft sektorunun inkişafına və məşğulluğun təmin olunmasına mühüm töhfələr verir”, - paylaşımda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR