Sumqayıtda yeni zavod inşa ediləcək

Sumqayıtda yeni zavod inşa ediləcək
# 05 iyul 2022 15:19 (UTC +04:00)

Sumqayıt Kimya Sənaye Parkının 3 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək.

İqtisadi Zonaların İnkişafı Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, investisiya dəyəri 17 mln. manat olan müəssisədə 230-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR