Bank Of Baku

Şuşada 20-yə yaxın inzibati və sosial təyinatlı bina istilik ilə təmin edilir

Şuşada 20-yə yaxın inzibati və sosial təyinatlı bina istilik ilə təmin edilir
# 15 noyabr 2023 09:26 (UTC +04:00)

Cari ilin 1 noyabr tarixindən Şuşa şəhərində ümumilikdə 20-yə yaxın inzibati və sosial təyinatlı bina istilik və isti su ilə təmin edilir.

"Azəristiliktəchizat" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Şuşa şəhərində Cəmiyyətə məxsus gücü 8 110 kVt/saat olan 7 qazanxana tam hazır vəziyyətə gətirilib.

Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamına ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı"na əsasən "Azəristiliktəchizat" ASC-ə tapşırılmış "Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağı təkliflərin hazırlanaraq təqdim edilməsi" ilə bağlı zəruri işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR