Proqnozlarımız onu göstərir ki, bu ilin sonuna kimi illik inflyasiya 6% civarında olacaq.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
Bu da AMB-nin hədəf diapazonuna yaxındır. İnflyasiyanın orta müddətdə 2%-6% olması qəbul olunandır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir", - deyə o qeyd edib.