Bank Of Baku

TANAP-la bu il 16 mlrd. kubmetrdən çox qaz nəql ediləcək

TANAP-la bu il 16 mlrd. kubmetrdən çox qaz nəql ediləcək
# 23 fevral 2022 11:52 (UTC +04:00)

Bu il Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsi ilə Türkiyə və Avropaya 16,2 mlrd. kubmetr qazın nəqli planlaşdırılıb.

"APA-Economics"in məlumatına görə, bunu mətbuat konfransı zamanı TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.

"İnanıram ki, biz bu göstəriciyə nail olacağıq", - deyə S. Düzyol vurğulayıb.

Xatırladaq ki, bu günə kəmərin ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir (6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub – red.). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.

Qeyd edək ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR