Bank Of Baku

TANAP-la indiyədək 73 mlrd. kubmetrdən artıq Azərbaycan qazı nəql olunub

TANAP-la indiyədək 73 mlrd. kubmetrdən artıq Azərbaycan qazı nəql olunub
# 06 yanvar 2025 11:18 (UTC +04:00)

Trans-Anadolu təbii qaz boru xətti (TANAP) ilə istifadəyə veriləndən 31 dekabr 2024-cü il tarixinədək 73 mlrd. kubmetrdən artıq Azərbaycan qazı nəql edilib.

"APA-Economics" xəbər verir ki, bunu İstanbulda keçirilən mətbuat konfransı zamanı "SOCAR Türkiye"nin (SOCAR-ın Türkiyədə maraqlarını təmsil edir) Baş icraçı direktoru Elçin İbadov deyib.

Onun sözlərinə görə, hesabat dövründə TANAP-la 73,54 mlrd. kubmetr qaz nəql edilib.

Elçin İbadov onu da qeyd edib ki, hesabat dövründə TANAP vasitəsilə Türkiyəyə 30,8 mlrd. kubmetr, Avropaya isə 42,74 mlrd. kubmetr Azərbaycan qazı nəql olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR