Bank Of Baku

TAP-ın daha da genişləndirilməsi barədə qərar gələn il qəbul ediləcək

TAP-ın daha da genişləndirilməsi barədə qərar gələn il qəbul ediləcək
# 04 aprel 2025 15:49 (UTC +04:00)

Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətinin daha da artırılması ilə bağlı yekun investisiya qərarın 2026-cı ilin yanvarında qəbul edilməsi gözlənilir.

"APA-Economics" xəbər verir ki, bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində keçirilən plenar sessiya zamanı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, genişləndirmənin birinci mərhələsi TAP-ın ötürmə qabiliyyətini ildə 1,2 milyard kubmetr artıracaq və kommersiya istismarına başlaması 2026-cı ilin dekabr ayına planlaşdırılır.

Elşad Nəsirov onu da qeyd edib ki, 2023-cü ildə keçirilmiş bazar sınaqlarının nəticələrinə əsasən TAP-ın daha da genişləndirilməsi imkanları da nəzərdən keçirilir. Tenderdə iştirak üçün ərizələrin qəbulu 2025-ci ilin dekabrında başa çatacaq, bundan sonra yekun qərarın 2026-cı ilin yanvarında qəbul edilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR