Bank Of Baku

TAP-ın genişləndirilməsi Avropanın enerji keçidinə töhfə verə bilər

TAP-ın genişləndirilməsi Avropanın enerji keçidinə töhfə verə bilər
# 07 sentyabr 2022 11:04 (UTC +04:00)

Trans-Adriatik kəmərinin (TAP) genişləndirilməsi Avropanın enerji keçidinə töhfə verə bilər.

APA-Economics”in TAP konsorsiumuna istinadən verdiyi xəbərə görə, bu barədə konsorsiumun idarəedici direktoru Luka Şippati bildirib.

“TAP-ın genişləndirmə qabiliyyəti müntəzəm bazar sınaqları vasitəsilə bazara təqdim olunur. 2021-ci il bazar sınaqları davam edir, birinci məcburi mərhələ noyabr ayında baş tutacaq”, - Luka Şippati qeyd edib.

Onun sözlərinə görə, hazırda sənaye karbon neytrallığına nail olmaq üçün hidrogenə fokuslanıb. 2021-ci ildə hidrogenə hazırlıq üzrə aparılan ilkin tədqiqat Azərbaycan qazını Avropaya nəql edən TAP-ın hidrogeni nəql etmək potensialına malik olduğunu təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR