TAP-la Avropaya nəql edilən qazın həcmi 30 mlrd. kubmetri ötüb

TAP-la Avropaya nəql edilən qazın həcmi 30 mlrd. kubmetri ötüb
# 29 noyabr 2023 15:49 (UTC +04:00)

Trans-Anadolu kəməri (TAP) vasitəsi ilə Azərbaycan qazının Avropaya nəqli 30 mlrd. kubmetri ötüb.

Bu barədə “APA-Economics” TAP konsorsiumuna istinadən xəbər verir.

“Biz fəaliyyətimizin əsas prinsipləri kimi etibarlılıq və təhlükəsizliyi qoruyaraq, bu günə qədər Yunanıstan, Bolqarıstan və İtaliyaya 30 milyard kubmetrdən çox təbii qaz nəql etmişik”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik Boru Kəməri vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə 2021-ci ilin dekabrın 31-də başlanılıb.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR