Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, qərara əsasən, təbii qazın saxlanması və paylanması xidmətləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb.
Nazirlər Kabinetindən APA-nın sorğusuna cavab olaraq, təbii qazın saxlanması və paylanması xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarıldığı təsdiqlənib.