Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya müəyyənləşib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.
Məişət abonentlərinin və tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması üçün qoşulma xidmətinə görə ödənişin hesablanması aşağıdakı düstura əsasən aparılır:
QH = TG x 𝐗 x 𝐊 x 𝐑
𝐆
burada:
|
QH |
- |
qoşulma xidmətinə görə ödənişin məbləği; |
|
TG |
- |
tələb olunan güc (kVt); |
|
X |
- |
baza ilində elektrik şəbəkəsinə qoşulma ilə bağlı enerji təchizatı müəssisəsi tərəfindən çəkilən faktiki xərclərin ümumi məbləği; |
|
G |
- |
baza ilində elektrik şəbəkəsinə qoşulmuş faktiki gücün cəmi (kVt); |
|
K |
- |
tarif dövrünə aid qiymət korreksiya indeksi; |
|
R |
- |
tarif dövrünə aid Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunmuş rentabellik norması (tarif dövrünə aid rəsmi istehlak qiymətləri indeksinin proqnoz göstəricisi ilə məhdudlaşdırılır). |
Bu metodologiyada qeyd olunan düstura əsasən qoşulma xidmətinə görə ödəniş 1 fazlı və 3 fazlı təchizat sxemləri üzrə ayrı-ayrılıqda hesablanır.
Korreksiya indeksi (K) metodologiyada qeyd olunan prinsiplərin gözlənilməsi şərtilə qoşulma xidmətinə görə çəkilən (çəkiləcək) xərclərin tam qarşılanması üçün hesablama dövrünə olan bazar (qiymət) konyunkturası və enerji təchi- zatı müəssisəsinin bu metodologiya ilə qarşılanmayan digər faktiki (proqnoz) xərclərinin səviyyəsindən asılı olaraq müəyyənləşdirilir.
Düstura əsasən məişət abonentlərinin 1 fazlı təchizat sxemi üzrə 5 kVt-a qədər (5 kVt da daxil olmaqla) güc tələbləri ilə bağlı qoşulma xidmətinə görə ödənişin hesablanmasında rentabellik norması (R) nəzərə alınmır. Bu metodologiyanın 2.1-ci bəndində nəzərdə tutulmuş tikinti obyektlərinin yerləşdiyi ərazidə 0,4 kV-luq şəbəkə olmadıqda onların enerji təchizat şəbəkəsinə qoşulması və ya əlavə güc alması xidmətlərinə görə ödəniş bu metodologiyanın 3-cü hissəsində nəzərdə tutulmuş qaydada hesablanır.
Tələb olunan gücü 150 kVt-a qədər (orta və yüksək- gərginlikli şəbəkədən) və 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, habelə elektrik enerjisi paylayıcılarının və istehsalçılarının tikinti obyektlərinin Qanunun 8-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla elektrik şəbəkəsinə qoşulması üçün qoşulma xidmətinə görə ödənişin hesablanması aşağıdakı düstura əsasən aparılır:
QH = TG x İ𝐍 x 𝐊 x 𝐑 x 𝐆𝐒
𝐆
burada:
|
QH |
- |
qoşulma xidmətinə görə ödənişin məbləği; |
|
TG |
- |
tələb olunan güc (kVt); |
|
İN |
- |
baza ilində bu metodologiyanın 3.1-ci bəndində nəzərdə tutulmuş tikinti obyektləri üçün tələb olunan gücə uyğun olaraq enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi tərəfindən baza ilində alınmış (quraşdırılmış) elektrik qurğularının illik amortizasiya xərclərinin ümumi məbləği; |
|
G |
- |
baza ilində elektrik şəbəkəsinə qoşulmuş faktiki gücün cəmi (kVt); |
|
K |
- |
tarif dövrünə aid qiymət korreksiya indeksi; |
|
R |
- |
tarif dövrünə aid Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunmuş rentabellik norması (tarif dövrünə aid rəsmi istehlak qiymətləri indeksinin proqnoz göstəricisi ilə məhdudlaşdırılır); |
|
GS |
- |
gərginlik səviyyəsindən (aşağı, orta və yüksək) asılı olaraq müəyyənləşdirilən gərginlik əmsalı. |
Bu metodologiyada nəzərdə tutulan korreksiya indeksi (K) metodologiyanın 1.3.1-ci və 1.3.2-ci yarımbənd- lərində qeyd olunan prinsiplərin gözlənilməsi şərtilə qoşulma xidmətinə görə çəkilən (çəkiləcək) xərclərin tam qarşılanması üçün hesablama dövrünə olan bazar (qiymət) konyunkturası, eləcə də enerji təchizatı müəssisəsi və dövlət elektroenergetika müəssisəsinin bu metodologiya ilə qarşılanmayan digər faktiki (proqnoz) xərclərinin səviyyəsindən asılı olaraq müəyyənləşdirilir.
Bu metodologiyada müəyyənləşdirilən gərginlik əmsalı (GS), baza ilində gərginlik səviyyələrinə görə (aşağı, orta və yüksək) qruplaşdırılmış faktiki xərclərin nisbəti əsasında, aşağıdakı düstura əsasən ayrı-ayrılıqda hesablanır:
GS = 𝐐𝐒𝐚ş𝐚ğı/𝐨𝐫𝐭𝐚/𝐲ü𝐤𝐬ə𝐤
𝐐𝐨𝐫𝐭𝐚
burada:
|
Qorta |
- |
baza ilində bu metodologiyanın 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada müvafiq tikinti obyektləri üzrə faktiki qoşulmalarla bağlı hər 1 kVt gücə düşən ortalama xərc məbləği 𝑰𝑵 ( );
|
|
QSaşağı |
- |
baza ilində bu metodologiyanın 3.1-ci bəndində nəzərdə tutulmuş tikinti obyektləri üçün aşağı gərginlik səviyyələrində qoşulma- larla bağlı hər 1 kVt gücə düşən ortalama xərc məbləği; |
|
QSorta |
- |
baza ilində bu metodologiyanın 3.1-ci bəndində nəzərdə tutulmuş tikinti obyektləri üçün orta gərginlik səviyyələrində qoşulma- larla bağlı hər 1 kVt gücə düşən ortalama xərc məbləği; |
|
QSyüksək |
- |
baza ilində bu metodologiyanın 3.1-ci bəndində nəzərdə tutulmuş tikinti obyektləri üçün yüksək gərginlik səviyyələrində qoşul- malarla bağlı hər 1 kVt gücə düşən ortalama xərc məbləği; |
Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğləri Tarif (qiymət) Şurası tərəfindən hər tarif dövrü üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, enerji təchizatı müəssisəsindən və ya dövlət elektroenergetika müəssisəsindən daxil olmuş təkliflər nəzərə alınmaqla 1 kVt güc üçün qoşulma xidmətinə görə ödəniş tarifi, rentabellik norması, gərginlik əmsalı və korreksiya indeksi əsasında bu metodologiyanın 2.1-ci və 3.1-ci bəndlərində qeyd olunan düsturlara əsasən müəyyən edilir. Enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi qoşulma xidmətinə görə ödəniş məbləğlərinin müəyyən- ləşdirilməsinə dair təkliflərini (o cümlədən hesablamalara dair məlumatları) Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Tarif (qiymət) Şurasına təqdim edir. Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi birlikdə daxil olmuş təklifləri təhlil edir və həmin məlumatlar əsasında aparılan hesablamaların nəticəsi üzrə təkliflərini 10 (on) iş günü müddətində Tarif (qiymət) Şurasına təqdim edirlər. Enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi təqdim olunan məlumatların tamlığına və düzgünlüyünə bilavasitə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi tərəfindən təqdim olunan təkliflərin emalı və yekun hesablamaların aparılması, habelə qoşulma xidmətinə görə ödənişin məbləğlərinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi həmin təkliflərin təqdim edildiyi son gündən (təkliflərdə uyğunsuzluq olduğu halda onların aradan qaldırıldığı gündən) 1 (bir) ay müddətində Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir. Qoşulma xidmətinə görə ödənişin məbləğlərinin müəyyən edilməsi barədə qərar Tarif (qiymət) Şurası tərəfindən qəbul edildiyi gündən 1 (bir) ay sonra qüvvəyə minir.Qoşulma xidmətinə görə ödənişlər üzrə daxilolmalar enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin qoşulma ilə bağlı çəkdiyi faktiki xərcləri (o cümlədən bu metodologiya ilə müəyyən edilmiş rentabellik normasına uyğun mənfəəti) qarşılamadığı hallarda aradakı fərq növbəti hesablama dövründə aparılan hesablamalar zamanı bu metodologiyada nəzərdə tutulan faktiki xərclərə əlavə olunur.Qoşulma xidmətinə görə ödənişlər üzrə daxilolmalar enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin qoşulma ilə bağlı çəkdiyi faktiki xərclərdən (o cümlədən bu metodologiya ilə müəyyən edilmiş rentabellik normasına uyğun mənfəətdən) artıq olduğu hallarda aradakı fərq növbəti hesablama dövründə aparılan hesablamalar zamanı bu metodologiyada nəzərdə tutulan faktiki xərclərdən çıxılır.
