Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında kommersiya qazının hasilatı 2021-ci ilin əvvəlində başlayacaq.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Total Azerbaijan" şirkətinin rəhbəri Denis Lemarşal deyib.
Onun sözlərinə gözə, kəşfiyyat-hasilat quyusunun qazılması artıq bitib və hazırda quyunun sınağı aparılır.
"Yaxın həftələr ərzində burada işlər bitəcək və "Heydər Əliyev" qazma qurğusu yatağı tərk edəcək", - deyə D. Lemarşal əlavə edib.
O həmçinin qeyd edib ki, yatağın işlənməsinin birinci fazası çərçivəsində hasil edilən qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.