Bank Of Baku

“TotalEnergies” Avropanın ən böyük enerji saxlama sistemini işə salacaq

“TotalEnergies” Avropanın ən böyük enerji saxlama sistemini işə salacaq
# 15 may 2023 15:54 (UTC +04:00)

Fransanın “TotalEnergies” neft-qaz şirkəti Belçikada Avropanın ən böyük enerji saxlama sistemini işə salacaq.

APA-Economics” xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

“Total Energies” Antverpendəki (Belçika) neft emalı zavodunda 25 MVt gücü və 75 MVt-saat tutumu olan saxlama üçün akkumulyator stansiyasını işə salacaq ki, bu da demək olar ki, 10 000 ev təsərrüfatının gündəlik istehlakına bərabərdir”, - məlumatda deyilir.

Şirkət qeyd edir ki, 2024-cü ilin sonu uçun istismara veriləcək qurğu Avropanın və xüsusən də Belçikanın yüksək gərginlikli elektrik şəbəkəsinin ehtiyaclarını gecə-gündüz və həftənin yeddi günü ödəməyə kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR