Bank Of Baku

TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir

TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
# 11 sentyabr 2026 17:20 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı həm Türkiyənin, həm də Avropanın təbii qaz təhlükəsizliyinə mühüm strateji töhfə verir.

APA-Economics” xəbər verir ki, bunu Türkiyə Petrolları Anonim Ortaqlığının (TPAO) baş direktoru Cem Erdem Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında enerji sektoru strateji əməkdaşlığın əsas istiqamətlərindən biridir. TPAO-nun bu əməkdaşlıqda uzun illərdir iştirak etdiyini bildirən Cem Erdem şirkətin 1994-cü ildə Azəri-Çıraq-Günəşli layihəsi ilə Azərbaycandakı fəaliyyətinə başladığını xatırladıb.

Onun sözlərinə görə, TPAO hazırda “Azəri-Çıraq-Günəşli” layihəsində neft, “Şahdəniz”də isə təbii qaz və kondensat hasilatında tərəfdaş kimi fəaliyyət göstərir. Şirkət həmçinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan neftinin Türkiyə və dünya bazarlarına daşınmasında iştirak edir.

“Azəri-Çıraq-Günəşli Türkiyə-Azərbaycan enerji əməkdaşlığının ən mühüm strateji layihələrindən biridir. “Şahdəniz” isə həm Türkiyənin, həm də Avropanın təbii qaz təhlükəsizliyinə mühüm mühüm töhfələr verir”, - TPAO-nun baş direktoru vurğulayıb.

Cem Erdem bildirib ki, TPAO Azərbaycandakı fəaliyyətini mövcud layihələrlə məhdudlaşdırmaq niyyətində deyil. Şirkət yatırımlarını artırmaq və SOCAR-la əməkdaşlığını yeni layihələrə genişləndirmək istəyir. O, 2025-ci ildə “Şəfəq-Asiman” layihəsində tərəfdaşlığın bu siyasətin nümunələrindən biri olduğunu qeyd edib.

TPAO-nun baş direktoru əlavə edib ki, qlobal və regional proseslər uzunmüddətli və etibarlı tərəfdaşlığın əhəmiyyətini artırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR