2022-ci ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınan yüklərin həcmi 19622,5 min ton, yük dövriyyəsi isə 4804,9 milyon ton-km olub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 10716,5 min tonu və ya 54,6 faizi avtomobil nəqliyyatı, 6408,3 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 2497,7 min tonu və ya 12,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 26,3 faizini və ya 5160,0 min tonunu tranzit yüklər təşkil edib.