Bank Of Baku

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 27%-dək artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 27%-dək artıb
# 14 dekabr 2022 16:49 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 42 424,6 min ton olub, bu da illik müqayisədə 26,9% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yüklərin 22 918,6 min tonu və ya 54%-i avtomobil nəqliyyatı, 13 896,2 min tonu və ya 32,8%-i dəmir yolu nəqliyyatı, 5 609,8 min tonu və ya 13,2%-i dəniz nəqliyyatı ilə daşınıb.

“Dəhliz vasitəsilə daşınmış yüklərin 27,1%-i və ya 11 498,4 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR