Bank Of Baku

Türkdilli dövlətlərin gənc energetiklərinin I Beynəlxalq Peşə Ustalığı yarışmasının qalibləri bəlli olub

Türkdilli dövlətlərin gənc energetiklərinin I Beynəlxalq Peşə Ustalığı yarışmasının qalibləri bəlli olub
# 20 oktyabr 2023 12:22 (UTC +04:00)

"Azərişıq" ASC-nin Hadrutda təşkil etdiyi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin gənc energetikləri arasında "Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası" I Beynəlxalq Peşə Ustalığı yarışmasının qalibləri bəlli olub.

"APA-Economics" xəbər verir ki, yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan Respublikası, Türkiyə və Özbəkistandan olan energetiklərdən ibarət komandaları iştirak edib. Qardaş ölkə Türkiyə “Uludağ” və “Başkənt" komandaları ilə tədbirə qatılıb.

Yarışların sonuncu günü Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” I Beynəlxalq Peşə Ustalığı Yarışmasının ikinci günündə iştirakçılar peşə bacarıqlarını nümayiş etdiriblər.

İntellektual və texniki yarışların nəticəsinə görə 4 ölkə qalib olub. Belə ki, birinci yeri Azərbaycan energetikləri qazanıb. İkinci yeri isə Qazaxıstan və Türkiyə komandaları bölüşüb. İlk 3-lüyü isə Özbəkistan komandası tamamlayıb.

Qalib iştirakçılar müxtəlif nominasiyalar üzrə kubok və diplomla mükafatlandırılıb. Onu da qeyd edək ki, Tatarıstan Elektrik Şəbəkələr Şirkətinin baş direktoru İlşat Fardiyevin təklifi ilə Beynəlxalq Peşə Ustalığı Yarışması növbəti il Tatarıstanda təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR