Bank Of Baku

Türkiyə Azərbaycan qazının idxalını 4,5% azaldıb

Türkiyə Azərbaycan qazının idxalını 4,5% azaldıb
# 01 noyabr 2022 11:52 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Türkiyə Azərbaycandan 5 699,17 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,5% azdır.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2021-ci ilin yanvar-avqust aylarında Türkiyə Azərbaycandan 5 965,63 mln. kubmetr qaz idxal edib.

Məlumata görə, avqust ayında Türkiyə Azərbaycandan 538,79 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 1,53% azdır.

Xatırladaq ki, ötən il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.

Qeyd edək ki, idxalın azalması Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddətinin ötən ilin yazında başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin "Botaş" şirkəti və "Şahdəniz" konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub. Bu razılaşmaya əsasən, "Şahdəniz-1" çərçivəsində qazın tədarükü azaldılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR