Bank Of Baku

Türkiyə günəş və külək potensialını 4 dəfə artıracaq

Türkiyə günəş və külək potensialını 4 dəfə artıracaq
# 03 iyun 2025 10:17 (UTC +04:00)

Türkiyə 2035-ci ilədək öz külək və günəş enerjisi potensialını 4 dəfə artırmağı planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”da çıxış edərkən
Türkiyə Respublikasının energetika və təbii sərvətlər nazirinin müavini Əhməd Berat Çonkar bildirib.

Onun sözlərinə görə, ölkə qeyd olunan göstəricini 30 QVt-dan 120 QVt-a artırmağı planlaşdırır.

Nazir müavini vurğulayıb ki, hazırda Türkiyənin enerji sisteminin qoyuluş gücündə bərpa olunan mənbələrin payı 60% təşkil edir, bu da ölkəni qeyd olunan göstərici üzrə Avropada 5-ci, dünyada isə 11-ci yerdə qərarlaşdırır.

"Enerji təhlükəsizliyi bizim strategiyamızın əsasını təşkil edir", - nazir müavini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR