Bu ilin yanvar-aprel aylarında Rusiyadan Türkiyəyə 9 608,81 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 5,3% azdır.
"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.
Məlumata görə, Türkiyə 2021-ci ilin yanvar-aprel aylarında Rusiyadan 10 143,69 mln. kubmetr qaz idxal edib.
Xatırladaq ki, ötən il Rusiyadan Türkiyəyə 26 342 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 63% çoxdur. Ötən il Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.