Bank Of Baku

Türkiyə Rusiyadan qaz idxalının davam edəcəyinə ümidlidir

Türkiyə Rusiyadan qaz idxalının davam edəcəyinə ümidlidir
# 09 mart 2022 11:34 (UTC +04:00)

Türkiyə Rusiyadan qaz tədarükünün davam edəcəyinə ümid edir.

"APA-Economics"in xəbərinə görə, bunu RİA "Novosti"yə Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktar deyib.

Onun sözlərinə görə, Rusiya 30 ildən artıqdır Türkiyənin etibarlı qaz təchizatçısıdır və ölkənin qaza olan tələbatının 45%-ni Rusiya təmin etdiyi üçün Türkiyə tədarük məsələsini kifayət qədər vacib hesab edir.

"Dediyim kimi, Rusiya təxminən üç onillikdir ki, etibarlı qaz təchizatçısıdır və biz bunun davam edəcəyinə ümid edirik", - A. Bayraktar qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR