Türkmənistanda indiyədək 4,97 trln. kubmetrdən çox qaz ehtiyatı olan 149 qaz və qaz-kondensat yatağı aşkar edilib.
Bu barədə “APA-Economics” Türkmənistanın "Neytralniy Türkmənistan" qəzetinə istinadən xəbər verir.
“Türkmənistanda ehtiyatları 4 970 768 milyon kubmetr olan 149 qaz və qaz-kondensat yatağı, o cümlədən 139-u quruda, 10-u isə Xəzər şelfində aşkar edilib”, - məlumatda deyilir.
Nəşr qeyd edir ki, hazırda ehtiyatı 2,6 milyard kubmetrdən çox olan 54 yataq işlənilməkdədir, 11 yataq istismara hazırdır, 73 yataq kəşfiyyatda, 11-i konservasiyadadır.
Təbii qaz ehtiyatlarına görə Türkmənistan Rusiya, İran və Qətərlə birlikdə dünyanın ilk dörd ölkəsindən biridir. Çin Türkmənistan qazının əsas idxalçısıdır.