Avqustun 13-də Türkmənistanda Xəzəryanı ölkələrin Nəqliyyat və İqtisadiyyat nazirlərinin görüşü keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev I Xəzər İqtisadi Forumuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib. O bildirib ki, forumda Xəzər hövzəsi ölkələri arasında logistika, nəqliyyat və enerji resursları sahəsində anlaşma memorandumu imzalanacaq.