Ukrayna fevralın 23-dən etibarən Belarusdan elektrik enerjisinin idxalını dayandırıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Avropa Elektrik Enerjisinin Ötürülməsi Sistemləri Operatorları Şəbəkəsinin (ENTSO-E) məlumatında deyilir.
Qeyd olunur ki, çərşənbə günü Ukrayna Belarusdan 0 MVt alıb, eyni məlumat Ukraynanın enerji sistemi operatoru "Ukrenergo"nun saytında da yer alıb. Çərşənbə axşamı isə Belarus Ukraynaya elektrik enerjisinin ötürülməsini davam etdirib, günün müəyyən saatlarında maksimal həcm 900 MVt-a çatıb.