Bank Of Baku

“Ümid” yatağında 10 il ərzində qaz hasilatı 15 dəfə artıb

“Ümid” yatağında 10 il ərzində qaz hasilatı 15 dəfə artıb
# 01 aprel 2022 15:13 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağından istismara veriləndən 2022-ci ilin 1 mart tarixinədək 5,4 mlrd. kubmetr qaz və 856,1 min ton kondensat hasil edilib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ötən il "Ümid" 1 114 993 min kubmetr qaz və 173 453 ton kondensat hasil edilib ki, bu da illik müqayisədə müvafiq olaraq 2,3% və 1,5% çoxdur.

Qeyd olunur ki, 2012-2021-ci illər ərzində yataqda qaz hasilatı 15 dəfəyə yaxın, kondensatın isə istehsalı 14 dəfəyə yaxın artıb.

Proqnoza əsasən, 2022-ci ildə “Ümid”də 1 309 000 min kubmetr qaz (17,4% artım) və 194 000 ton kondensatın (11,8% artım) hasil olunacağı gözlənilir.

Xatırladaq ki, "Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. "Ümid" yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.

Qeyd edək ki, 2017-ci il yanvarın 12-də "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la "SOCAR Umid Oil and Gaz Ltd." şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil and Gas Ltd." şirkəti və "Umid, Babek Exploration & Production" şirkəti arasında müqavilə imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR