"Ümid" yatağından indiyədək 2 mlrd. kubmetrdən çox qaz hasil edilib

"Ümid" yatağından indiyədək 2 mlrd. kubmetrdən çox qaz hasil edilib
# 29 may 2019 17:12 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağından 2012-ci ilin sentyabrın 19-dan bu vaxta qədər 2,16 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

SOCAR-dan ONA-ya verilən məlumata görə, hesabat dövründə yataqdan 345 min kondensat hasil edilib. Yataqda üç quyudan gündəlik 2,4 mln. kubmetr qaz və 380 ton kondensat hasil edilir.

Xatırladaq ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR