İstismara veriləndən 1 noyabr 2022-ci il tarixinə kimi Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından təqribən 6 mlrd. kubmetrdən çox qaz hasil edilib.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyi öz “Facebook” səhifəsində paylaşım edib.
Məlumata görə, hesabat dövründə yataqdan 950 min tondan çox qaz kondensatı da hasil edilib.
“Yataq 2012-ci ildə istismara verilib. Hazırda yataqda 4 istismar quyusu fəaliyyət göstərir. 1 noyabr 2022-ci il tarixinə kimi yataqdan təqribən 6 milyard kubmetrdən çox qaz və 950 min tondan çox kondensat hasil edilib”, - paylaşımda bildirilir.
Qeyd olunur ki, “Ümid” yatağı 2010-cu il 24 noyabr tarixində kəşf edilib. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. “Ümid” yatağı Bakıdan 75 kilometr cənuba, qurudan 40 kilometr məsafədə Xəzər dənizində yerləşir.