Bank Of Baku

"Ümid" yatağından indiyədək hasil olunan qazın həcmi açıqlanıb

"Ümid" yatağından indiyədək hasil olunan qazın həcmi açıqlanıb
# 04 iyun 2024 17:35 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağı istismara veriləndən 01.05.2024 tarixinədək 9,2 mlrd. kubmetr qaz hasil edilib.

"APA-Economics" xəbər verir ki, bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində "Caspian Oil&Gaz" neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.

Məlumata əsasən, hesabat dövründə "Ümid" yatağında 1,4 mln ton qaz kondensati hasil olunub.

Qeyd olunur ki, bu il yataqda 2,3 mlrd. kubmetr qaz və 325,1 min ton kondensat hasil ediləcəyi gözlənilir.

Xatırladaq ki, "Ümid" yatağının istismarına 2012-ci ildə başlanılıb. “Ümid” yatağı Xəzər dənizi akvatoriyasında, Bakı şəhərindən 75 km cənubda yerləşir. Yataq sualtı palcıq vulkanları əsasında yaranmış bankaya (küpəyə) aiddir. Qalxım şimal-qərb, cənub-şərq istiqamətində uzanan antiklinal qırışıqlardan ibarətdir. Sahəsi 45 km² olan yatağın ərazisində dənizin dərinliyi 40-60 metr aralığındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR