Bank Of Baku

“Urals” nefti avqustda 10%-dək bahalaşıb

“Urals” nefti avqustda 10%-dək bahalaşıb
# 01 sentyabr 2022 15:43 (UTC +04:00)

Bu ilin avqust ayında Rusiyada ixracın əsas məhsulu olan “Urals” markalı neftin bir bareli üçün orta qiyməti 74,73 ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin avqust göstəricisi (68 dollar) ilə müqayisədə 9,9 % çoxdur.

Bu barədə “APA-Economics” Rusiyanın Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, cari ilin may-iyul (78,41 dollar) ayları ilə müqayisədə avqustda “Urals”ın qiyməti 4,7% azalıb.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-avqust aylarında “Urals” neftinin orta qiyməti 82,13 dollar təşkil edib. 2021-ci ilin eyni dövründə bu göstərici 65,1 dollar səviyyəsində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR