Bank Of Baku

“Urals” nefti bu il 31%-dən çox ucuzlaşıb

“Urals” nefti bu il 31%-dən çox ucuzlaşıb
# 01 sentyabr 2023 15:04 (UTC +04:00)

Bu ilin avqust ayında Rusiyanın əsas ixrac neft markası olan “Urals”ın bir bareli üçün orta qiyməti 74 ABŞ dolları təşkil edib, bu da 2022-ci ilin avqust göstəricisi (74,73 dollar) ilə müqayisədə 0,98% azdır.

Bu barədə “APA-Economics” Rusiyanın Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında “Urals” neftinin orta qiyməti 56,58 dollar təşkil edib, bu da illik müqayisədə 31,1% azalma deməkdir.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-avqust aylarında “Urals” neftinin orta qiyməti 82,13 dollar səviyyəsində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR