Bu ilin yanvar-oktyabr aylarında Rusiyanın "Urals" markalı ixrac neftinin bir barelinin orta qiyməti 67,51 ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 65,4% çoxdur.
"APA-Economics"in Rusiya Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 40,81 dollar təşkil edib.
Qeyd olunur ki, bu ilin oktyabr ayında "Urals"ın bir barelinin orta qiyməti 81,49 dollar təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (2020-ci ilin oktyabr ayında sözügedən göstərici 40,53 dollar olub) iki dəfə çoxdur.