Rusiyanın ixrac nefti sayılan "Urals"ın orta qiyməti ötən ilin dekabrında illik ifadədə 1,5 dəfə artaraq 72,71 dollar/barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə Rusiyanın Maliyyə Nazirliyinin açıqlamasında deyilir.
Məlumata görə, 2020-ci ilin dekabrında "Urals"ın orta qiyməti 49,37 dollar təşkil edib.
Məlumata görə, ötən il "Urals" neftinin orta qiyməti 69 dollar/barel təşkil edib. 2020-ci ildə orta qiymət 41,73 dollara bərabər idi. Beləliklə, illik artım 65% təşkil edib.