Rusiyanın İqtisadi İnkişaf Nazirliyi "Urals" markalı neftinin bir bareli üçün 2022-ci il üzrə orta qiymət proqnozunu 25% artıraraq 77,7 ABŞ dollarınadək yüksəldib.
"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı quruma istinadən xəbər verir.
Məlumata görə, öncə ki proqnoza əsasən "Urals" markalı neftinin bir barelinin orta qiyməti 62,2 dollar səviyyəsində olacağı ehtimal edilirdi.