Bank Of Baku

Vüsal Qasımlı: Qarabağda 280 min hektar ərazi minalardan təmizlənəcək

Vüsal Qasımlı: Qarabağda 280 min hektar ərazi minalardan təmizlənəcək
# 24 dekabr 2022 11:59 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə 280 min hektar ərazi minalarda təmizlənəcək.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, bu məsələ "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da nəzərdə tutulub. Proqram qəbul edilənə kimi isə 57 min hektar ərazi minalardan təmizlənib.

"Qarabağa böyük qayıdışın təmin edilməsi və təhlükəsiz həyatın təmin edilməsi üçün ilk növbədə bu işlərin görülməsi zəruridir" - deyə V.Qasımlı əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR