Bank Of Baku

2014-cü ilin dekabrında SOCAR qaz hasilatını 17% azaldıb

2014-cü ilin dekabrında SOCAR qaz hasilatını 17% azaldıb
# 26 yanvar 2015 13:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 595,3 min kubmetr qaz hasil edilib.

 

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 17,2% azdır. Ötən ilin noyabr ayı ilə müqayisədə isə bu rəqəm 6,81% çoxdur.

 

Qeyd edək ki, ötən ilin yanvar ayında bu rəqəm 691,5 min kubmetr, fevralda 624,5 min kubmetr, mart ayında 680,8 min kubmetr, apreldə 654,9 min kubmetr, mayda 608,5 min kubmetr, iyun ayında 561,2 min kubmetr, iyul ayında 575,1 min kubmetr, avqust ayında 567,5 min kubmetr, sentyabr ayında 551,7 min kubmetr, oktyabr ayında 577.8 min kubmetr, noyabr ayında isə 557,3 kubmetr qaz təşkil edib.

 

2014-cü ilin yanvar-dekabr aylarında SOCAR tərəfindən isə ümumilikdə 7 246,1 min kubmetr hasil edilib. Bu, 2013-cü ilin analoji dövrünün göstəricisindən 0,86% azdır.

 

Ümumilikdə, ötən ilin dekabr ayında bütün ölkə üzrə 2 448 min kubmetr qaz hasil edilib ki, bu da 2013-cü ilin eyni ayı ilə müqayisədə 9,01% azdır.

 

2014-cü ilin yanvar ayında ölkə üzrə 2 690 min kubmetr, fevralda 2 393 min kubmetr, mart ayında 2 594 min kubmetr, apreldə 2 622,7 min kubmetr, mayda 2 649 min kubmetr, iyun ayında 2 442 min kubmetr, iyul ayında 2 573,6 min kubmetr, avqust ayında 2 471 min kubmetr, sentyabr ayında 2 423,3 min kubmetr, oktyabr ayında 2 556 min kubmetr, noyabr ayında isə 1 924,4 min kubmetr təbii qaz hasil edilib. 

 

Ümumilikdə ötən ilin 12 ayı ərzində 29 787 min kubmetr qaz hasil edilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 3,23% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR