Bank Of Baku

2015-ci ildə Azərbaycanda 40,6 mln. ton həcmində neft hasilatı gözlənilir

2015-ci ildə Azərbaycanda 40,6 mln. ton həcmində neft hasilatı gözlənilir
# 05 noyabr 2014 07:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 20 illiyini qeyd etdiyimiz “Əsrin Müqaviləsi” gələn orta müddətdə də öz bəhrəsini verəcək.

 

APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, həmçinin Energetika, ekologiya və təbii ehtiyatlar komitələrinin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

 

Nazir müavini qeyd edib ki, 2015-ci ildə Azərbaycanda 40,6 mln. ton həcmində neft hasilatı gözlənilir.

 

O, əlavə edib ki, növbəti illərdə isə ölkədə sabit olaraq 40 mln. ton ətrafında  neft hasilatı proqnozlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR