Bank Of Baku

2018-ci ildən Azərbaycanda təbii qaz hasilatı artacaq

2018-ci ildən Azərbaycanda təbii qaz hasilatı artacaq
# 24 sentyabr 2015 12:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda 2016-2019-cu illər üçün qaz hasilatının proqnozu açıqlanıb.

 

APA-Economics”in məlumatına görə, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində qeyd olunub ki, 2016-cı ildə ölkədə təbii qaz hasilatının 29345,0 mln. kubmetr olacağı gözlənilir ki, bu da 2015-ci illə müqayisədə 2,54% azdır.

 

Proqnoza görə, 2017-ci ildə Azərbaycanda qaz hasilatı 28525,0 mln. kubmetr olacaq ki, bu da 2016-cı illə müqayisədə 2,79% azdır.

 

2018-ci ildən isə Azərbaycanda qaz hasilatı artacaq. Belə ki, 2018-ci ildə 27720,0 mln. kubmetr təbii qaz hasil edilməsi proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2,82% çoxdur.

 

2019-cu il üçün təbii qaz hasilatının proqnozu 32770,0 min ton göstərilib ki, bu da 2018-ci illə müqayisədə 18,21% artım deməkdir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR