Bank Of Baku

"Azneft"in özülündə qaz sızması olub, nasazlıq qısa müddətdə aradan qaldırılıb

"Azneft"in özülündə qaz sızması olub, nasazlıq qısa müddətdə aradan qaldırılıb
# 11 may 2017 12:00 (UTC +04:00)

Ötən gün axşam saatlarında "Azneft" İstehsalat Birliyinin "28 May" Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) 7 saylı özülündə quyunun açıq fontana keçməsi ilə barədə informasiya yayılıb.


"APA-Ecoonmics" xəbər verir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
 

QHT rəhbərinin sözlərinə görə, işçilərin çoxu evakuasiya olunub.

 

Ekspert əlavə edib ki, "SOCAR-AQŞ" şirkətinin qazma briqadası və "28 May" NQÇİ-nin bəzi işçiləri tərəfindən baş verə biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görülür.

 

SOCAR-dakı mənbə isə "APA-Economics"ə bildirib ki, sözügedən özüldə quyuda qaz sızması baş verib. Mənbə əlavə edib ki, sızmanın qarşısı qısa müddət ərazində alınıb.
 

SOCAR-dan "APA-Economics"ə bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir: "Açıq fontandan söhbət gedə bilməz. Bu, normal istehsalat təzahürüdür".

 

Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, işçilərin həyatı üçün heç bir təhlükə yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR