Bank Of Baku

“AzərGold”un nizamnaməsi və strukturu hazırlanır

 “AzərGold”un nizamnaməsi və strukturu hazırlanır
# 10 sentyabr 2015 09:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnaməsi və strukturu hazırlanır.

 

APA-Economics”in xəbərinə görə, bu barədə Nazirlər Kabineti Aparatının Neft və kimya şöbəsi müdirinin müavini Rəşid Fətəliyev məlumat verib.

 

O, Azərbaycan ərazisində bir çox faydalı qazıntılar, o cümlədən dağ-mədən və metallurgiya sahəsinin inkişafı üçün kifayət qədər zəngin filiz yataqlarının mövcud olduğunu xatırladıb. Bunu əsas gətirən R.Fətəliyev zəngin filiz yataqlarının sənayenin müasir tələbləri əsasında yenidən tədqiqi, işlənməsi və modern üsullarla idarə olunması Azərbaycan iqtisadiyyatı, qeyri-neft sektorunun inkişafı üçün vacib məsələlərdəndir: “Bunları nəzərə alaraq Prezident İlham Əliyev 11 fevral 2015-ci ildə “AzərGold” Qapalı Səhmdar Cəmiyyətininyaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda “AzərGold” QSC-nin əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcəyi bildirilir. Hazırda həmin qurumun nizamnaməsi və strukturu hazırlanır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR