Bakı. Musa Əhmədov, Yeganə Laçınzadə - APA-Economics. “Abşeron” yatağında qazılmış yeni quyuda aparılan tədqiqat-sınaq işlərinin nəticəsində quyunun gündəlik kondensat hasilatı 350 ton səviyyəsində müəyyən edilib.
“APA-Economics”in məlumatına görə, bunu “İnkişafın 10 ili: 2004-2014” konfransında Energetika naziri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, yeni quyuda qaz hasilatı isə 50 mln. kubmetr səviyyəsində müəyyən edilib. N. Əliyev bildirib ki, “Abşeron” yatağının ehtimal olunan ehtiyatları 350 mlrd. kubmetr qaz təşkil edir.
Nazir qeyd edib ki, bu yatağın kəşfi ilə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2 trilyon 650 mlrd. kubmetrə çatıb.