Bakı. Aynur Əliyeva - APA-Economics. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Transanadolu qaz kəməri (TANAP) konsorsiumu qaz kəmərinin tikintisinə cəlb olunub.
Korporasiyadan “APA-Economics”ə verilən məlumata görə, “Akkord” növbəti uğurunu “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılacaq təbii qazın Türkiyə üzərindən Avropaya nəqlini həyata keçirəcək TANAP boru kəmərinin inşası ilə bağlı “TANAP Doğalqaz İletim A.Ş” şirkəti tərəfindən keçirilən tenderdə qazanıb.
Tenderin şərtlərinə görə, boru kəmərinin 375-825 km-ləri əhatə edən hissəsinin (Ərzurum-Askala-Sivas-Yıldızeli) tikintisi “Akkord” tərəfindən həyata keçiriləcək.