Bank Of Baku

“Azərenerji” “İmişli REŞ”-in ləğvinin səbəbini açıqlayıb

“Azərenerji” “İmişli REŞ”-in ləğvinin səbəbini açıqlayıb
# 06 may 2014 10:27 (UTC +04:00)

Bunu “APA-Economics”ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən təsdiq ediblər.

 

Qurumdan bildiriblər ki, REŞ-in ləğvi qurum daxilində aparılan struktur islahatları ilə bağlıdır: “İmişli  REŞ” MMC-nin tərkibində olan Zərdab, Ağcabədi, Füzuli və Beyləqan rayon şəbəkələri “Mingəçevir REŞ”in, Saatlı, Kürdəmir və İmişli rayon şəbəkələri isə “Şirvan REŞ”-in tabeliyinə verilib. Bu addım “Azərenerji” ASC-də struktur siyasətinin təkmilləşdirilməsi  üçün atılıb və  regionların elektrik təchizatını daha da yaxşılaşdırmaq məqsədi daşıyır”.

 

Qeyd edək ki, “Azərenerji” ASC-də struktur dəyişikliyi tez-tez edilir. 2006-cı ildən bu günə qədər İmişlidəki regional idarə müxtəlif formada dörd dəfə yenidən təşkil edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR