Bank Of Baku

"Azərenerji" istehsalı 5% artırıb

"Azərenerji" istehsalı 5% artırıb
# 03 may 2017 11:45 (UTC +04:00)

Bu ilin aprel ayında Azərbaycan enerjisi sistemində 1,769 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal olunub.

 

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumatda qeyd edilib ki, bu da 2016-cı ilin aprel ayı ilə müqayisədə 5,55% çoxdur.

 

Bu ilin ilk 4 ayı ərzində “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 7,897 mlrd. kVt/saat olub ki, bu da 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 4,32% çoxdur.

 

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

 

Qeyd edək ki, ötən ilin aprel ayı ölkə üzrə 1,676 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib. 2016-cı ilin ilk 4 ayı üzrə isə bu göstərici 7,570 mlrd. kVt/saat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR