Bank Of Baku

“AzerGold” bu il qızıl və gümüş satışından 145 mln. manat əldə etməyi planlaşdırır

“AzerGold” bu il qızıl və gümüş satışından 145 mln. manat əldə etməyi planlaşdırır
# 02 iyun 2017 11:09 (UTC +04:00)

“AzerGold” QSC-nin (QSC) əməkdaşlıq etdiyi dünyanın ən iri affinaj şirkətlərindən biri olan İsveçrənin nüfuzlu “Argor-Heraeus” şirkətinin nümayəndəsi Feydon Stamatopulos Cəmiyyəti ziyarət etmək məqsədi ilə Azərbaycana səfərə gəlib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 31 may – 2 iyun tarixlərində Azərbaycanda səfərdə olan şirkət nümayəndəsi Cəmiyyətin Daşkəsəndə yerləşən Çovdar filiz emalı sahəsinə baş çəkib, mədənin iş quruluşu, fəaliyyət prinsipləri ilə yerində tanış olub. Feydon Stamatopulos Çovdarda qurulmuş işin beynəlxalq standartlara cavab verdiyini bildirərək “AzerGold”un fəaliyyətini yüksək qiymətləndirib.

 

Sonra “AzerGold” QSC-nin Bakıda yerləşən baş ofisində Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimovla “Argor-Heraeus” nümayəndəsi arasında görüş keçirilib. Tərəflər arasında məhsuldar müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, yeni layihələrlə əlaqədar fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, “AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsal olunmuş 67 ədəd qızıl-gümüş tərkibli xəlitəni iyun ayında İsveçrə şirkətinə göndərərək saflaşdıracaq və daha sonra əldə olunacaq qızıl və gümüş beynəlxalq birjada satışa çıxarılacaq. Xatırladaq ki, Cəmiyyət ötən ay “Argor-Heraeus” vasitəsilə 66 ədəd qızıl-gümüş tərkibli xəlitəni affinaj olunaraq satılmasına nail olub və Azərbaycan iqtisadiyyatına 35 mln. manata yaxın vəsait qazandırıb. Ümumilikdə ilin sonunadək  “AzerGold” QSC 2017-ci qızıl və gümüş satışından 145 milyon manata yaxın gəlir əldə etməyi planlaşdırır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR