Bank Of Baku

“AzerGold” ağacəkmə aksiyası keçirib

“AzerGold” ağacəkmə aksiyası keçirib
# 21 noyabr 2017 07:05 (UTC +04:00)

20 noyabr tarixində “AzerGold” QSC Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsi ərazisində növbəti ağacəkmə aksiyasını keçirib.

 

Tədbir Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar həyata keçirilən “Hərəyə bir ağac əkək” kampaniyasının təşəbbüsünə dəstək olaraq baş tutub. Cəmiyyətin 100-ə yaxın əməkdaşının iştirak etdiyi aksiyada 200-dən çox ağac əkilib. Tədbirin əsas məqsədi respublika üzrə həyata keçirilməkdə olan iri miqyaslı yaşıllaşdırılma işlərinə qoşularaq ətraf mühitin sağlamlaşdırılmasına töhfənin verilməsidir.

 

Qeyd edək ki, il ərzində Çovdar filiz emal sahəsində həyata keçirilmiş ağacəkmə tədbirləri çərçivəsində ümumilikdə 10 hektardan çox ərazi yaşıllaşdırılmış, 6 mindən artıq ağac və kol əkilmişdir.

 

Korporativ sosial məsuliyyət, ətraf mühitin mühafizəsi, yerli əhaliyə dəstək Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Belə ki, son bir ayda qızıl mədəninin yerləşdiyi sahədə aparılan iməcilik zamanı 3000-dən artıq ot bağlaması, həmçinin 90 m3 budanmış ağac qırıntıları toplanıb, heyvandarlıq və təsərrüfatda istifadə üçün ehtiyacı olan kəndlilərə, yaxın ərazilərdə yerləşən məktəblərə bağışlanmışdır.

 

“AzerGold” QSC cari ilin əvvəlindən etibarən Çovdar filiz emalı sahəsində qızıl və gümüş hasilatı ilə məşğuldur. Mədəndə çalışan 157 nəfər işçinin 90%-i, eyni zamanda mədənin fəaliyyətinin təşkili üçün Cəmiyyət tərəfindən cəlb olunan podratçı və subpodratçı şirkətlərdə çalışan 500 nəfərə yaxın işçinin böyük əksəriyyəti Daşkəsən və yaxın rayonları təmsil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR