Bank Of Baku

Bu il “Azəri-Çıraq-Günəşli” yatağından 15 mln. ton neft hasil edilib

Bu il “Azəri-Çıraq-Günəşli” yatağından 15 mln. ton neft hasil edilib
# 01 avqust 2018 13:57 (UTC +04:00)

Bu ilin 1-ci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

 

AÇG-nin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 6 ay üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (49 000), “Mərkəzi Azəri” (158 000), “Qərbi Azəri” (127 000), “Şərqi Azəri” (96 000), “Dərinsulu Günəşli” (107 000) və “Qərbi Çıraq” (59 000) platformalarından birlikdə – gündə orta hesabla 596 000 barel və ya ümumilikdə təqribən 108 mln. barel, yəni 15 mln. ton olub.

 

İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub. İki rüb ərzində AÇG-də 6 neft hasilat quyusu və 2 su injektor quyusu qazılıb.

 

Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) iştirak payları: BP (30,37%), SOCAR (25,0%), “Shevron” (9,57%), “İnpex” (9,31%), “Ekvinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), “ONGC Videş Limited” (OVL) (2,31%). AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR