Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu günə qədər “Azəri-Çiraq-Günəşli” yatağından 365 mln. ton neft, 107 mlrd. kub metr qaz hasil edilib.
“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, bu gün bu yataqda 88 quyu işləyir, hər gün 90 min ton neft, 35 mln. kub metr qaz alınır. “Əgər bu müddət ərzində bu yataqlardan 365 mln. ton neft hasil edilibsə, bunun 198 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşür. Bu mənfəət nefti də ilbəil artır. Məsələn, 2014-cü ildə bu yataqlardan hasil olunan 34 mln. ton neftin 22,5 mln. ton nefti və ya 70%-i mənfəət neftidir” deyə X. Yusifzadə qeyd edib.
SOCAR rəsmisi onu da bildirib ki, bu gün Azərbaycanın xarici bazarlara ixrac etdiyi 373 mln. ton neftin 271 mln. tonu Bakı–Tbilisi-Ceyhan boru kəməri vasitəsilə ötürülür.