Bank Of Baku

“Azərikimya”da Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə nümayəndə heyəti ilə görüş keçirilib

“Azərikimya”da Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə nümayəndə heyəti ilə görüş keçirilib
# 02 fevral 2017 15:01 (UTC +04:00)

Bu gün SOCAR-ın “Azərikimya” İB-də Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələrinin Ətraf mühitin və təbii sərvətlərin qorunması üzrə yeni təyin olunmuş nümayəndəsi, xanım Valeri Hikinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, “Azərikimya” İB-nin müşahidə şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev son illər birlikdə həyata keçirilən yenidənqurma, modernizasiya və abadlıq işləri, həmçinin perspektiv layihələr haqqında qonaqlara geniş məlumat verib. Görüşdə sənaye zonasında davamlı olaraq həyata keçirilən ekoloji tədbirlər, Sumqayıt şəhərinin ekoloji vəziyyəti, sağlam mühitin yaradılmasında “Azərikimya”nın rolu, Kimya Sənaye Parkında icra olunan layihələr və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

V. Hiki Azərbaycanla tanış olmaq, buradakı tərəfdaşlarla görüşmək, dayanıqlı inkişaf və ətraf mühitin yaxşılaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq məqsədi ilə Bakıya səfər etdiklərini bildirib. Dünya Bankının SOCAR-ın digər strukturları ilə yanaşı “Azərikimya” İB-nin seçilmiş ərazilərində də kimyəvi çirklənmələrin qiymətləndirilməsi və qısa zamanda bərpa tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan layihələrdə iştirak etməkdə maraqlı olduqlarını vurğulayan V. Hiki bu məqsədlə görülən tədbirlərin dəstəklənməsinə hazır olduqlarını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR