Bank Of Baku

“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 40 mindən çox istehlakçıya xidmət edib

“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 40 mindən çox istehlakçıya xidmət edib
# 06 mart 2018 10:01 (UTC +04:00)

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

 

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN Xidmət” mərkəzlərinə və “ASAN Səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba rayonlarında, həmçinin  Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 40 286 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

 

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR